İstifadə qaydaları
Son yenilənmə: 10.10.2026
1. Xidmət
PingPulse əlavə etdiyiniz sayt və serverləri müəyyən intervalla yoxlayır və problem olduqda sizə bildiriş göndərir. Yoxlamalar ictimai internet üzərindən aparılır.
2. Hesab
- Qeydiyyat zamanı düzgün email göstərməlisiniz — bildirişlər bu ünvana gedir.
- Şifrənizin təhlükəsizliyinə siz cavabdehsiniz. 2FA aktiv etməyi tövsiyə edirik.
- Bir şəxs üçün bir pulsuz hesab nəzərdə tutulub.
3. Qadağandır
- Sizə məxsus olmayan və ya icazəniz olmayan sistemləri izləmək.
- Xidmətdən başqa serverlərə yük (DoS) yaratmaq və ya zəiflik axtarmaq üçün istifadə etmək.
- Paket limitlərindən yan keçməyə cəhd etmək.
Qaydaları pozan hesablar xəbərdarlıqsız dayandırıla bilər.
4. Paketlər
Free paket pulsuzdur. Ödənişli paketlər göstərilən müddət üçün aktivləşdirilir; müddət bitdikdə hesab avtomatik Free paketə keçir və limitdən artıq monitorlar dayandırılır (silinmir).
5. Məsuliyyət
Xidmət "olduğu kimi" təqdim olunur. Bildirişlərin vaxtında çatması üçün əlimizdən gələni edirik, lakin email və Telegram xidmətlərindəki gecikmələrə görə məsuliyyət daşımırıq.
6. Məxfilik
Email ünvanınızı yalnız hesab və bildirişlər üçün istifadə edirik, üçüncü tərəflərə satmırıq. Hesabınızı silmək üçün bizimlə əlaqə saxlayın: admin@denizdesign.az.